3 boksçumuz yarımfinalda

27.02.2015 | 3251 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə “Strandja” turniri davam edir. Stadium.Az xəbər verir ki, artıq yarımfinala vəsiqə qazanan idmançıların adları məlum olub.

Onların arasında kişilərdən ibarət seçmə komandamızın iki üzvü var. Bundan başqa, bir qadın boksçumuz da yarımfinalda çıxış edəcək. Bu dəfə 64 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı Yelena Vıstropova  ¼ finalda qazaxıstanlı Zarina Soloyeva üzərində qələbə qazanıb – 2:0. Milli komandamızın üzvü yarımfinalda ispaniyalı Miriyam Qutyerrezlə üz-üzə gələcək.

Anna Əlimərdanova (54 kq) ¼ finalda amerikalı Kristina Kruza uduzaraq, mübarizədən kənarda qalıb. 

Leyla Cavadova da (75 kq) yarışla ¼ finalda vidalaşıb. Həmyerlimiz çinli Li Qiana məğlub olub – 0:3.

Kişilərin yarışında isə 2 boksçumuz – Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor (64 kq) turnirin medallarını özlərinə təmin ediblər. Sotomayor ¼ finalda Braziliya təmsilçisi Joedison de Xesus üzərində qələbə qazanıb – 3:0. Boksçumuz növbəti mərhələdə Bolqarıstan idmançısı Ayrin İsmetovla üz-üzə gələcək.

Elvin İsayev isə (60 kq) ¼ finalda Tayland boksçusu Saylom Ardeeni mübarizədən kənarlaşdırıb – 3:0. İsayev də yarımfinalda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq. Onu finala gedən yolda Elian Dimitrov gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail