"Washington Times" "Bakı-2015"dən yazdı

30.01.2015 | 3265 dəfə oxunub

İyunda Bakıda start götürəcək I Avropa Oyunlarında ikihəftəlik feeriya ərzində idmançılar, artistlər və texnologiyalar diqqət mərkəzində olacaq ki, bu da Azərbaycanı dünyanın idman arenasına çevirəcək. Stadium.Az xəbər verir ki, bu barədə ABŞ-ın "Vaşinqton Tayms" qəzetində dərc edilmiş məqalədə deyilir.
 
Məqalədə yazılır: "Bakı zəngin tarixi və mədəniyyəti ilə məşhurlaşmış şəhərdir, irimiqyaslı tikinti işlərindən sonra burada ən qabaqcıl standartlara cavab verən idman qurğuları yaranacaq".
 
Qəzet qeyd edir ki, Avropa Oyunları infrastrukturu tamamilə "bulud" texnologiyalara əsaslanacaq ilk multiidman tədbiri olacaq: "Bu model çox güman gələcəkdə bütün iri idman tədbirlərində tətbiq olunacaq".
 
Materialda bildirilir ki, Bakıda idman arenalarını birləşdirəcək uzunluğu 600 kilometrdən çox olan optik lifli şəbəkə qurulacaq: "Bu, təkcə oyunları yayımlamağa imkan verməyəcək, həmçinin iqtisadiyyatı sürətlə inkişaf edən, əhalisi isə innovasiyalara, informasiya və iqtisadi tərəqqiyə can atan Azərbaycana uzunmüddətli fayda gətirəcək".
 
Qəzet "Bakı-2015"in texnologiyalar üzrə direktoru Adriana Korkorandan sitat gətirir: "Avropa Oyunları Azərbaycan üçün idmanda texnoloji nailiyyətlərin avanqardı olmaq imkanıdır və biz hazırlığımızın gedişindən çox razıyıq".
 
Məqalədə vurğulanır ki, yarışların keçiriləcəyi idman obyektlərinin çoxu artıq hazırdır, əsas arenanın tikintisi isə yaxın həftələrdə başa çatacaq: "Avropa Oyunları dünyanın iri brendləri tərəfindən dəstəklənəcək".
 
Qəzet yazır ki, yarışların ev sahibi Azərbaycanın çoxsaylı istedadlarını nümayiş etdirmək üçün artistlərdən ibarət ulduz heyəti toplayıb. Bura aktyorlar Bəhram Bağırzadə və Murad Dadaşov, eləcə də istedadlı müğənnilər Nigar Camal və Roya Ayxan daxildir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail