Məşhur sayt Tofiq Bəhramovdan yazdı

29.01.2015 | 3572 dəfə oxunub

Bildiyiniz kimi bu gün məşhur Azərbaycan hakimi Tofiq Bəhramovun 90 illik yubileyi qeyd olunur. Stadium.Az xəbər verir ki, bu barədə dünyanın aparıcı futbol portallarından sayılan "goal.com" da yazı dərc edib. "Tofiq Bəhramov - Dünyanın ən məşhur yan xətt hakiminin hekayəsi" başlığı ilə yayımlanan yazıda Bəhramovun həm futbolçu, həm də hakimlik karyerasına yer verilib, "DÇ-1966"nın finalında İngiltərə və Almaniya arasında keçirilən görüşdə Cefri Hertsin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının düzgün olması və daha sonra sensasiyalı hakimin 1970-ci ildə keçirilən dünya çempionatının oyunlarına da təyinat alması vurğulanıb. İngilis və almanların Tofiq Bəhramovu heç vaxt unutmadığı, Azərbaycanda isə onun əsl qəhrəman olduğu bildirilib. Qeyd edək ki, 1993-cü il, martın 26-da dünyasını dəyişən Tofiq Bəhramov "Qızıl fit" almış yeganə laynsman kimi dünya futbol tarixinə düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail