Simeonedən "Real"ın hücumçularına atmaca

29.01.2015 | 4400 dəfə oxunub

İspaniya Kubokunda "Atletiko" ilə qarşılaşan "Barcelona" ilk oyunda qazandığı minimal hesablı (1:0) qələbənin ardını gətirib. Bütün qolların ilk hissədə vurulduğu qarşılaşma katalonların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Stadium.Az xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən Simeone Qabinin aldığı qırmızı vərəqənin həlledici olduğuna diqqət çəkib. 

"Oyun çox maraqlı alndı. Mən komanda üçün lazım olanı etməyə çalışdım. Qərara gəldim ki, kənara çəkilmək lazımdır. Bu situasiyada düzgün olan qərarı verdim. Futbolçularla fəxr edirəm. İlk hissə inanılmaz alındı. Oynamaq çətin idi, çünki top qazon üstündə sürətlə hərəkət edirdi. Qabinin qırmızı vərəqə alması fasilədə hakimə etirazları ilə bağlı idi. Bir neçə dəfə bunu təkrarladı. Bu olmasaydı, növbəti mərhələ üçün şanslarımız qala bilərdi. Amma mənim üçün matç birinci hissədən sonra başa çatdı"

Simeone rəqibin heyətində Messini xüsusi vurğulayıb: "Hesab edirəm ki, tək Messi "Real"ın hücum triosu - Ronaldo, Beyl və Benzemadan daha təhlükəlidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail