"Qəbələ"dən 1 gümüş,1 bürünc

28.01.2015 | 3622 dəfə oxunub

Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda keçirilən sambo üzrə Dünya Kuboku yarışı başa çatıb. Stadium.Az xəbər verir ki, 22 ölkədən olan 400-dən artıq idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da mübarizə aparıb. Yığmamızın heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub.

Komandamız bu nüfuzlu turnirdə 2 medal qazana bilib. Bunlardan biri gümüş, digəri bürünc olub. Yığmamızın heyətində gümüş medalı məhz “Qəbələ” təmsilçisi qazanıb. 64 kq çəki dərəcəsində çıxış edən Fəridə Qurbanova bütün rəqiblərini məğlub edərək, finaladək irəliləyib. O, yalnız həlledici qarşılaşmada uduzub və gümüş medala yiyələnib.

Qeyd edək ki, Qurbanova iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizədlərdəndir. Qazaxıstanda qazandığı nailiyyətlə idmançımız mötəbər yarışa qatılmaq şanslarını daha da artırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail