Güləş hakimlərimizin yeni statusları açıqlandı

26.01.2015 | 3660 dəfə oxunub

Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb. Stadium.Az xəbər verir ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub.

Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var.

DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası «S»-lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.

DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəlib.

Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə, III dərəcə hakimlik adı alıb.

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail