"Prosineçki futbolçularla bağlı fikrini açıqladı..."

25.01.2015 | 3548 dəfə oxunub

“İki həftə davam edən təlim-məşq toplanışımız səmərəli keçdi. Həm fiziki məşqlər keçdik, həm də yoxlama oyunlarında gücümüzü sınadıq. Komanda elit-raundun oyunlarına 70 faiz hazırdı. Yoxlama oyunlarında çatışmazlıqları gördük. Təbii ki, səhvlər oldu və onları düzəltməyə çalışırıq”. Stadium.Az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.

O, yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandamızın hazırlıqlarından danışıb: “Bizim üçün sevindirici cəhətlərdən biri də milli komandanın baş məşqçisi Robert Prosineçkinin məşqlərimizi və yoxlama oyunlarımızı izləməsidi. Onunla görüşümüz oldu. Prosineçki futbolçularla bağlı fikrini açıqladı, müəyyən tövsiyələr verdi. Antalyada olduğumuz müddətdə Məşqçilər Şurasının üzvləri ilə də görüşdük, fikir mübadiləsi apardıq. Onlar da öz tövsiyələrini bildirdilər”.

İsayev planlar və yığmamızın qarşıdakı oyunları haqda da xəbər verib: “Növbəti toplanışımız fevralda Bakıda olacaq. Həmin hazırlıq zamanı 2 yoxlama oyunu da keçirəcəyik. Qarşılaşacağımız komanda da məlumdu. Fevralın 18-də və 20-də Rusiyanin U-17 yığması ilə qarşılaşacağıq. Elit-raunddakı rəqiblərimiz haqda mütəmadi məlumatlar toplayırıq. Portuqaliya, Serbiya və Xorvatiya yığmasının iştirakı ilə keçirilmiş oyunların videoyazısı var. Yaxın günlərdə Xorvatiya komandasının son oyunlarından birinin də videoyazısını əldə edəcəyik. Bir sözlə, qalan vaxtdan hazırlıq üçün maksimum istifadə etməyə çalışırıq”. (affa.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail