"Bakı-2015" AZAL-ın minik talonlarında

17.12.2014 | 4294 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarının brendi Azərbaycan Hava Yollarının (AZAL) təyyarəyə minik talonları üzərində əks olunacaq. Stadium.Az xəbər verir ki, möhtəşəm yarışın rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən Avropa Oyunları başa çatanadək 800 mindən artıq təyyarəyə minik talonunu bəzəyəcək.

Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava Limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq.

Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, rəngarəng loqonun və brendin AZAL və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağı üçün çox məmnundurlar: “Azərbaycanın milli aviaşirkəti kimi Azərbaycan Hava Yolları, qarşıdan gələn aylarda ilk Avropa Oyunlarının təbliğində, eləcə də, qitənin ən yaxşı idmançılarının gələn il Bakıda keçiriləcək Oyunlarda yarışmaq üçün Azərbaycana gəlməsində əhəmiyyətli rol oynayacaq”.

Azərbaycan Hava Yolları Bakı-2015 Avropa Oyunlarının rəsmi tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək. Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq. Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib ki, Bakı-2015 brendinin təyyarəyə minik talonlarının üzərində əks olunması ilə fəxr edirlər: “Bununla da paytaxt şəhərimiz və bütün ölkə üçün tarixi an olan Avropa Oyunlarına dəstək olmağımızla qürur duyuruq. Biz idmançıların, rəsmi şəxslərin və tamaşaçıların Oyunlarla əlaqədar olaraq Azərbaycana gəlməsinə kömək edəcəyik və möhtəşəm açılış mərasiminə geri sayım davam etdiyi üçün həyəcanımızı sərnişinlərimizlə bölüşmək istəyirik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail