"Xaqani Məmmədov Azərbaycanda futbol hakimliyinin kökünü kəsən insandı"

16.12.2014 | 3453 dəfə oxunub

Artıq bildiyiniz kimi, ən perspektivli hakimimiz sayılan Anar Salmanovun adı FİFA hakimlərinin siyahısından çıxarılıb. Stadium.az xəbər verir ki, “Futbol+” bu məsələ ilə bağlı hakimlikdən uzaqlaşdırılan Babək Quliyevin fikirlərini öyrənib: 

“Anar Salmanov kateqoriya adlamışdı. Bilirsiz, bu nə deməkdi? Avroliqada, Avropa çempionatlarında oyunlara təyinat ala bilər. Anarın 34 yaşı var. Gör nə vaxt adını siyahıdan çıxarıblar? Təlim-məşq toplanışına qatılsaydı, bəlkə də birinci kateqoriyaya yüksələrdi. Sizcə, 2-ci kateqoriyalı hakimi siyahıdan çıxarıb, əvəzinə 3-cü kateqoriyalı olanı salmaq nə dərəcədə düzgündü? Xaqani Məmmədov Azərbaycanda futbol hakimliyinin kökünü kəsən insandı. Bunu həmişə demişəm, indi də fikrimdə qalıram. Tahir Süleymanovu, İmanxan Sulatinini, Babək Quliyevi “vurdu”.

Üzümü AFFA rəhbərliyinə, konkret Rövnəq Abdullayevə və Elxan Məmmədova tutub demək istəyirəm ki, ayılın. Bu, Azərbaycan futbolunun, bir rəhbər kimi sizin adınıza mənfi hal kimi yazılır. Hətta Qazaxıstanın belə hakimi birinci istedadlar qrupundadı, Avroliqa oyunlarını idarə edir. Bu həddən artıq mənfi haldı. 6 il əvvəl deyəndə ki ay Rövnəq müəllim, bu belədi, bu elədi, elə-belə danışmırdım. Xaqani Məmmədov bir çox hakimlərin evini yıxıb. İndi də Anar Salmanovun başına belə iş gəldi. Bunun da arxasında yalnız düşmənçilik durur. Başqa nə ola bilər ki? Bu sualı ona vermək lazımdır ki, biz hakimlər ona nə etmişik? Hansı dövrdə irəli gedən hakimləri siyahıdan çıxarırlar? Anar Salmanov birinci istedadlar qrupuna daxil omağa potensiallı hakimdi.

Nə qədər ki, Xaqani Məmmədov Hakimlər Komitəsinin başındadı, hakimlikdə inkişaf görməyəcəyik. Görün onun işlədiyi 7 ildə hansı hakimimiz Avroliqanın qrup mərhələsinə təyinat alıb? Bunun üçün birinci kateqoriya lazımdı. Mən Cüneyt Çakır və bir çox hakimlər ilə eyni qrupda olmuşam. İndi görün onlar haralarda hakimlik edir? Mən də edə bilərdim. Məgər pis olardı? Futbolumuz adına müsbət hal idi. Hamısı paxıllıqdan, qısqanclıqdan irəli gəlir. Fikir verin, potensiallı hakimlərin hamısını “vurdu”. Yalan deyirəmsə, araşdırın. Rövnəq və Elxan müəllimi günahlandırmıram. Xaqani vaxtında onlara desəydi ki, məsələn, Babək Quliyevin və başqa hakimlərin potensialı var, onlar da fikirləşərdi. Xaqani deyir ki, guya FİFA-nın qaydalarına əsasən siyahıya adı salınan hakim premyer-liqada xeyli oyun idarə etməlidi, reytinqi yüksək olmalıdı. Hamısı boş şeydi. Siz təminat verə bilərsiz ki, Orxan Məmədov sabah Anar kimi hakimlik edəcək?"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail