Bakı-2015: İlk beynəlxalq idman elçilərinin adları açıqlandı

16.12.2014 | 4070 dəfə oxunub

Bu gün 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün idman elçisi seçilmiş əcnəbi idmançıların adları açıqlanıb. Stadium.Az xəbər verir ki, danimarkalı kanoeçi Rene Holten Poulsen, o cümlədən basketbolun 3X3 növü üzrə serbiyalılar Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç idman elçisi təyin ediliblər.

Bu yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilərək, I Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Bakı-2015-in Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, elçi proqramının məqsədi bütövlükdə qitədə olan yüksək səviyyəli idmançıların, o cümlədən azərbaycanlı medal namizədlərinin yarışda dəstəyini təmin etməkdi: “Biz bunun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və həm onlarla, həm də Bakı-2015-i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”.

Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.

Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı Bulut 3x3 formatlı basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanverici olduğunu deyib: “Biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı 2015-də Avropanın digər nüfuzlu komandaları ilə mübarizə aparmağı səbirsizliklə gözləyirik”.  

19 yaşlı xanım gimnast Moustafayeva da Bakı-2015-də gimnastikanı təmsil edəcəyi üçün çox həyəcanlı olduğunu açıqlayıb. O, gimnastikanın hər 5 növünün təmsil olunduğu Avropa Oyunlarının qitənin ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminliyini ifadə edib.

2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanan 26 yaşlı Poulsen də Bakı 2015-də keçiriləcək kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhə etmədiyini vurğulayıb: “İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidi”.

Qeyd edək ki, Bakı-2015 bir qədər öncə 11 nəfər azərbaycanlı idman elçisini təqdim etmişdi. Yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi də nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail