"Simurq" Lənkərana yola düşür

01.11.2014 | 3349 dəfə oxunub

Premyer Liqanın X turunda "AZAL"a 2:2 hesablı heç-heçə edən "Simurq", bu gün növbəti səfərə çıxır. Stadium.Az xəbər verir ki, sabah "Xəzər Lənkəran"ın qonağı olacaq komanda məşqlərə ara vermədən start verib.

Yolun uzunluğunu nəzərə alan məşqçilər korpusu komandanı görüşə paytaxtda hazırlayıb. "İnter Arena"da çalışmaları davam etdirən Zaqatala təmsilçisi, dünənki məşqi Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında edib.  

Hazırlıqda zədəli Banas Adam və Murad Səttarlı komandadan ayrı məşq edib. AZAL-la oyunöncəsi məşqdə ayağında ağrılar hiss edən və bu səbəbdən görüşdə forma geyinməyən Vüqar Mustafayev isə artıq çalışmalara qoşulub. Onun Lənkəran təmsilçisinə qarşı oynayıb-oynamayacağı son həkim rəyindən sonra bilinəcək.

"Simurq" bu gün Lənkərana yola düşəcək. Son məşqini isə qarşılaşmanın oynanılacağı meydançada edəcək. Bundan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkiləcək və oyunun başlama saatını gözləyəcək.

"Xəzər Lənkəran" - "Simurq" oyunu saat 17:00-da start götürəcək və canlı olaraq "Simurq TV" vasitəsilə yayımlanacaq.


simurqpfk.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail