Nikola Kaliniç: "Qarabağ" adi komanda deyil"

31.10.2014 | 3123 dəfə oxunub

"Dnepr"də top qovan Nikola Kaliniç maraqlı açıqlamalar verib. Stadium.Az xəbər verir ki, hücumçu yerli mətbuata verdiyi müsahibədə "Qarabağ"dan danışıb:

"Düşünə bilərsiniz ki, "Qarabağ" "Sent Etyen" və "İnter"dən güclü deyil. Ancaq mənim fikrimcə, "Qarabağ" digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır. Bu komanda çox düzgün taktika ilə oynayır. Heyətində olan bir çox futbolçu milli komandada çıxış edir.

"Qarabağ"ın "Sent Etyen"lə oyununu dəfələrlə izləmişdik. Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, "Qarabağ" adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. "Qarabağ" qol vurduqdan sonra isə müdafiəyə çəkildi və boş zonaları bağladı.

Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir. Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. "Qarabağ"la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə "Qarabağ" tərəfdarı idi. Dneprpetrovskidə daha güclü azarkeş dəstəyi görürdük və yaxşı nəticələr qazanırıq. Onu deyə bilərəm ki, "Qarabağ" çox səviyyəli komandadır. Buna əmin ola bilərsiniz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail