"Qarabağ"dan müraciət: Ancaq holoqramlı bilet alın!

31.10.2014 | 3317 dəfə oxunub

Məlum olduğu kimi noyabrın 6-sında Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ"  - "Dnepr" oyunu keçiriləcək. Stadium.Az xəbər verir ki, adıçəkilən yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşmışdır.

Bütün Azərbaycanın qüruru olan "Qarabağ" avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olmuşdur. Xüsusilə, qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq "Qarabağ" Futbol Klubu xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.

Belə ki, "Qarabağ" - "Dnepr" oyun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" FK üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.

Bütün ictimaiyyətdən xahiş edirik ki, bileti hansısa fərdi şəxslərdən deyil, Respublika stadionun kassalarından alasınız. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.

Biletlər bazar ertəsi, noyabrın 3-ündən saat 9:00-dan etibarən satışa çıxarılacaqdır.

qarabagh.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail