"Bakı"nın bu futbolçusuna nə deyəsən? ƏHSƏN, NURLAN NOVRUZOV! FOTOLENT

28.10.2014 | 20018 dəfə oxunub

Maliyyə baxımından burulğanda olduğu deyilən “Bakı” klubu bu səbəbdən iddiasızdı. Əslinə qalsa, klub rəhbərliyi indi düzgün yoldadı. Çünki buna kimi milyonlarla paralar xərclənsə də, “Bakı”nın heç bir ciddi uğuru yoxdu. Nəzərə alsaq ki, “Neftçi” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsin görüb, “Bakı”nın çempion olması və ya kuboku qazanması sıradan bir nəticə sayılır. İndi hər bir Azərbaycan klubu üçün minimum uğur Avroliqanın qrupuna düşməkdir.

Buna kimi “Bakı”nın ən böyük problem isə düzgün baş məşqçi seçməmək və gətirilən çalışdırıcıların transfer etdikləri lazımsız oyunçular, xeyir verəcək yerli futbolçuların olmaması idi.

İndi isə vəziyyət fərqlidir. “Bakı” meydana əsasən gənc futbolçularla çıxır. Arxada qalan turlar ərzində göründü ki, komandada yetərincə yerli istedad var. Bunlardan biri isə Nurlan Novruzovdur. Doğum tarixi 03.03.1993-cü il olan Nurlan indi belə “zerkalnı” futbol sərgiləyir. Daha əvvəl də Nurlana oynamaq üçün şans verilirdi, amma Novruzov bu dəfə fərqlidir. Açıq-aydın hiss olunur ki, gənc oyunçu üstünə çox qoyub, əməlli başlı artırıb. Novruzov əslində yarımmüdafiəçidir, amma indi “Bakı”da hücumçu kimi çıxış edir. Özünü də doğruldur. Lənkəranda qaçırdığı penaltini nəzərə almasaq, aktivində olan 4 qolla “Bakı”nın 10 xal toplamasında əsas rol oynayıb. Bəs Nurlanın belə yüksəlişinin səbəbi nədir? Təbii ki, əmək, məşq, çalışqanlıq, özündən razı olmamaq. Aldığımız məlumata görə, hər dəfə “Bakı” klubunun bazasında məşqlər qurtardıqdan sonra, Nurlan digər futbolçular kimi meydanı tez-tələsik tərk etməyə tələsmir. Novruzov onunla xüsusi işləyən məşqçisi Adnan Yazıçıyla ən azı bir saat daha xüsusi məşq keçir. Bax bunun nəticəsidir ki, Nurlan hər oyun meydanda sona kimi mübarizə aparır, dayanmaq bilmir. Nurlan, sən, deyəsən həqiqətən futbolçu olmaq istəyirsən. “Futbolçu”  yox, futbolçu olmaq istəyirsənsə, sükanı belə saxla. Hər dəfə komanda məşqindən sonar əlavə çalışmanı dayandırma. Sənin tanıdığın bütün ünlü futbolçular hamısı bunun hesabına ünlü olublar. Hazırda dünya futbolunun ən parlaq siması olan Messi və Ronaldo da hər məşqdən sonar xüsusi proqram üzərində məşq edirlər. Ən azı saat yarım. Bilmirəm, bəlkə də elə onları özünə örnək götürmüsən. Hər nəysə… Əsas olan düz yolda olmağındadır.

Belə davam etsən, sən həqiqətən futbolçu olacaqsan.

P.S. Deyirlər, hər pis işdə bir xeyir əməl var. Yoxsa “Bakı”nın maliyyə problemi yaşayaraq əsas heyətini itirməsi, nəticədə bu cavanların, Burlan Novruzoun parlaması üçün imiş? Olar, Allahın işin bilmək olmaz. Hər şeyə qadir olan Allahdır. Allah köməyində olsun, Nurlan Novruzov.

Sstadium.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail