"Xəzər Lənkəran" tarixinin ikincisi və 450-ci qolun müəllifi

21.10.2014 | 3037 dəfə oxunub

Premyer Liqanın VIII turunun “Bakı” ilə oyunu iki futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, Alfred Sanko və Elnur Cəfərov karyeralarında ilk dəfə “ağ-yaşıllar”ın heyətində qol sevinci yaşayıb.

4:0 hesabı ilə başa çatan qarşılaşmayadək 92 oyunçu “Xəzər Lənkəran”da qol vurmuşdusa, bu rəqəm 94-ə çatdı. Sanko bu siyahıda 62-ci legioner, Cəfərov isə 32-ci yerli futbolçudur.

Elnur həm də klub tarixində ən gənc qol müəlliflərindən biri kimi tarixə düşüb. 17 yaş 6 ay 23 günlüyündə qol sevinci yaşayan gənc istedad yalnız komandamızın kapitanı Rahid Əmirquliyevin göstəricisindən geri qalıb. Kapitanımız 17 yaş 2 ay 20 günlüyündə “Xəzər Lənkəran”da qol hesabını açmışdı. Bu hadisə kubokun – 2006-cı il noyabrın 20-ndə “Bakılı” (4:0) ilə matçına təsadüf etmişdi. Rahid Premyer Liqadakı ilk topunu isə cəmi 6 gün sonra – 2006-cı il noyabrın 26-da “Şahdağ”la səfər matçında (5:1) vurub. Həm çempionat, həm də ümumilikdə ən gənc qol müəllifi olan Əmirquliyevi keçmək üçün Cəfərova 4 ay kifayət etməyib. Ən gənc qolçular arasında 3-cü pillədə isə 18 yaş 4 ay 2 günlüyündə rəqib qapısına yol tapan Vüqar Nadirovdur. 2005-ci il oktyabrın 15-də kubokun “Şərur”la (9:0) oyununda fərqlənib.

Elnurun vurduğu qol həm də "Xəzər Lənkəran"ın 450-ci çempionat qolu kimi tarixə düşdü. Maraqlıdır ki, ötən il vurulan 400-cü qol da “Bakı” ilə Lənkərandakı matça təsadüf etmişdi. 2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” 450-ci qolunu 309-cu qarşılaşmasında vurub. Bu matçda daha bir dəfə qol sevinci yaşayan komandamız bu rəqəmi 451-ə də çatdırıb.

Bu qollardan 259-u evdə, 191-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.

Çempionatdakı yubiley qolları

1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” – “Bakı” – 2:1 Etame Mbilla, 27

450. 19.10.2014. “Xəzər Lənkəran” – “Bakı” – 4:0 Elnur Cəfərov, 43

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.

lankaranfc.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail