Foqts gedir, Qurbanov "yox" dedi, Sxadadze gəlir

16.10.2014 | 4780 dəfə oxunub

"Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 görüşün hamısında məğlub olan, Osiyekdə biabırçı hesabla yenilən millinin baş məşqçisi Berti Foqtsun postundan gedib-getməyəcəyi son günlərin ən aktual mövzusudu.

Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis dekabrda postunu təhvil verəcək. Foqtsun gedişindən sonra boş qalan baş məşqçi postuna AFFA artıq namizəd tapıb. Belə ki, qurum "İnter"in baş məşqçisi Kaxaber Sxadadzeni milliyə gətirir. Gürcüstanlı mütəxəssis qışda əsas millinin başına keçəcək. Əslində Sxadadzenin bir müddət öncə "İnter"lə müqvailə yeniləməməsinin başlıca səbəbi bu idi. Lakin AFFA Foqtsla heç cür ortaq məxrəcə gələ bilməmiş və bu məsələ təxirə salınmışdı. Ancaq öncədən də qeyd etdiyimiz kimi, Xorvatiyada alınan acı məğlubiyyət AFFA-nı hərəkatə keçirib.

Sonda onu da qeyd edək ki, milliyə gələcəyi gözlənilən Qurban Qurbanov əsas milliyə bir neçə səbəbə görə "yox" deyib. Ağdam klubunun çalışdırıcısı AFFA qarşısında Riçard Almeyda və Reynaldonun milliləşdirilməsini və bunun müqabilində millinin baş məşqçisi ola biləcəyini bildirib. AFFA isə "Qarabağ"da uğurları ard-arda sıralayan Qurbanovun bu istəyini qəbul etməyib və Sxadadze variantı üzərində dayanıb. (Newsport.az)



  #1   Adınız: cowqun;   E-mail: [email protected]

17.10.2014 02:00

yene milliden netice gozlemeyin menasi yoxdur.staxadze yox,isteyirsen qvadiyolani getir.milliye yeri mutexesis lazimdir.sxadaze interi sef elemiremse cemi 1 defe cenpiyon eleyib,onuda neftci,ve qarabagin xal itirmesinen olub.Qurbanovda uwag deyil,bilir neynemey lazimdir.:) Qurbanova lap Fudbolcu vaxtinan hormetim var,cox agli insandir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail