Anar Salmanova növbəti təyinat

30.09.2014 | 2377 dəfə oxunub

Anar Salmanov daha bir beynəlxalq oyuna təyinat alıb. Stadium.Az xəbər verir ki, referimiz 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Latviyanın Riqa şəhərində keçirilən 5-ci qrununun oyununu idarə edəcək.

Anar Salmanov meydan sahibi Latviya və Yunanıstan arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Ona Mübariz Həşimovla macar Balaş Buzas yardımçı olacaq. Dördüncü hakim funksiyasını macarıstanlı Sandor Szabo yerinə yetirəcək. Arkadiya stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Anar Salmanov I turun Ukrayna - Yunanıstan oyununu idarə etmişdi. 0:0 hesabı ilə başa çatan oyunda FIFA referisi Ukraynanın 3, Yunanıstanın 2 futbolçusuna sarı vərəqə göstərmişdi. Bu matçda Salmanova həmyerlimiz Mübariz Həşimov, latviyalı Jevgenis Morozovs və Vitalis Spasyonnikovs (dördüncü hakim) yardımçı olmuşdu.

FIFA referisi Ukrayna - Latviya oyununa dördüncü hakim kimi təyinat almışdı. Həmin matçın baş hakimi türk Mete Kalkavan olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail