Qurban Qurbanovlu "Qarabağ"ın Premyer Liqada 100-cü qələbəsi

29.09.2014 | 2949 dəfə oxunub

Premyer Liqanın VII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü qələbəsini qazanıb.

Yubiley Qurbanovun məşqçilik karyerasını başladığı “Neftçi” ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.

Qurbanovun baş məşqçiliyi dövründə “Qarabağ”ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib: 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 3.

Qurbanov Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev “Viləş”, Mehman Allahverdiyev “Kəpəz”də 100-ü arxada qoya bilmişdi.

Ökə çempionatlarında “Neftçi”ni də çalışdıran Qurbanov bu komanda ilə 19, ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim Mircavadova məxsusdur.

pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail