UEFA açıqladı: "Dnepr" doğma meydanda "Qarabağ"a qarşı azarkeşsiz oynayacaq

25.09.2014 | 7029 dəfə oxunub

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubunu cəzalandırıb. Stadium.Az xəbər verir ki, buna Dnepropetrovsk təmsilçisinin azarkeşlərinin qaydalara zidd hərəkətləri səbəb olub.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən "Dnepr" - "Kopenhagen" (Danimarka) matçında azarkeşlərin xuliqanlıq etməsi Ukrayna klubuna baha başa gəlib. UEFA "Dnepr" klubuna 50 min avro pul cəzası kəsməklə yanaşı, komandanı şərti olaraq iki il avrokuboklardan kənarlaşdırıb. Bu hallar bir daha təkrarlanacağı təqdirdə UEFA-nın qərarı qüvvəyə minəcək. "Dnepr" eyni zamanda Avropa Liqasının qrup mərhələsinin növbəti - "Qarabağ"la ev matçını boş tribunalar qarşısında keçirməli olacaq.

"Dnepr" Avropa Liqasında növbəti ev oyununu məhz "Qarabağ"a qarşı keçirəcək. Kiyevdəki bu oyun oktyabrın 23-də baş tutacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail