Futbol oynayan ölkə prezidentləri və İlham Əliyev - FOTOLAR

25.09.2014 | 11609 dəfə oxunub

Dünyanın ən məşhur futbolçularının belə, dövlət başçısı olması müşkül məsələdir. Çünki dövləti ayaqla idarə etmək olmaz. Amma prezidentlərin futbolçu olması o qədər də çətin iş deyil. Meydançada onlar populyarlıq qazana bilməsələr də, hər halda topun arxasınca qaçmağı bacaracaqlar. Bunu sübut etmək üçün siyasi liderlər arabir öz məharətlərini göstərməyə vaxt tapırlar. 

Stadium.Az saytı yaşıl meydanda top qovmağa həvəs göstərən prezidentləri təqdim edir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də futbolu sevənlərdəndir. Cənab prezidenti futbol meydanlarında görməsək də, stadionların açılışında bacarığını göstərir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasətdə olduğu kimi, futbol meydançasında da mükəmməldir.

Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obama oyunda məğlub olmamaq üçün uşaqlardan ibarət komanda ilə mübarizə aparmağı qərara alıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin hətta xarici səfərlərdə belə, idman bacarığını göstərməkdən zövq alır. Rusiya prezidenti siyasətçi olmasaydı, bəlkə də məşhur futbolçu ola bilərdi.

Fransa prezidentini tanımayanlar Fransua Ollandın meydançadakı bu gərgin fəaliyyətini seyr etsəydilər, yəqin düşünərdilər ki, bu yaşlı futbolçu final oyununun sonuncu dəqiqələrində Fransa millisini qalib etmək niyyətindədir.

Yəqin ki, Braziliya prezidenti Dilma Roussef dünya çempionatından sonra Braziliya millisinə dərs keçmək fikrinə düşüb.

Futbola olan həvəsilə tanınan Boliviya prezidenti Evo Morales “Qadınlara qarşı şiddətə son qoymaq üçün birləşin” kampaniyası çərçivəsində Nyu-Yorkda qadınlarla futbol oynayıb. Ancaq prezident bu “şiddətə son qoymaq” əvəzinə xanım futbolçuların qapısına bir qol vurub.

Çeçenstanın dövlət başçısı Ramzan Kadırov peşəkar futbolşulardan heç də geri qalmır.

Belarus prezidenti Aleksandr Lukaşenko xokkey həvəskarı olsa da arabir futbol meydançasına da çıxır.

Çin Xalq Respublikasının sədri Si Cinpin topa zərbə vurmaq ehtirasını öldürmək üçün paltosunu belə, çıxarmağa macal tapmayıb.

Almaniya kansleri Angela Merkel isə top dalınca qaçan kişilərə azarkeşlik edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail