Azad Rəhimov İsveçrəyə getdi

17.09.2014 | 3350 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Makolin şəhərinə yola düşüb. Stadium.Az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən açıqlama verilib.

Rəhimov Avropa Şurasının idmana məsul nazirlərin 13-cü Konfransına qatılacaq. Konfrans ölkəmizin 31 oktyabr tarixinədək davam edəcək Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə baş tutur. Bu səbəbdən, tədbirin açılış sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində nazir Azad Rəhimov çıxış edəcək. Rəhimov ölkəmizin bir sıra beynəlxalq yarışlara ev sahibliyi etməsi zamanı və eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması, idmanda korrupsiya hallarına son qoyulmasının daim diqqət mərkəzində olmasının önəmini və bu səpkili konfransların keçirilməsinin vacibliyini diqqətə çatdıracaq. Nazir eyni zamanda idmanın inkişafı istiqamətində Avropa Şurası ilə əlaqələrin genişlənməsinin əsas istiqamətlərdən biri olduğunu da qeyd edəcək.

Konfrans zamanı "İdmanın idarə olunmasında korrupsiya”, "Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, "2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, "Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı”  adlı qətnamələrin qəbulu gözlənilir.

Tədbir çərçivəsində həmçinin "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası" imzaya açıq elan ediləcək.

Qeyd edək ki, konfrans zamanı Azad Rəhimovun Avropa Şurasının baş katibi Torbörn Yaqlandla təkbətək görüşü də nəzərdə tutulur. Görüş zamanı Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə qurumla birgə həyata keçirdiyi  "Gənclər siyasəti üzrə I Qlobal Forum” və "Nifrət nitqinə Yox hərəkatı” və s layihələr ətrafında müzakirələr olacaq. Eyni zamanda görüş əsnasında  Bakı 2015 Avropa oyunlarının təqdimatı da gerçəkləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail