Əmrah Çəlikəl: “Biabırçı məqam odur ki, qara bazarda media biletləri pulla satılır” - MÜSAHİBƏ

17.09.2014 | 4657 dəfə oxunub

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Stadium.Az saytına müsahibəsi:

- Avropa Liqası barədə ümumi fikirləriniz maraqlı olardı…

- Əlbəttə, bizim üçün bu ilkdir, böyük həyacandır. Biz istəyirik ki, ölkəmizi və komandamızı layiqincə təmsil edək. Qrupumuzda dünya nəhənglərindən Milan “İnter”i kimi komanda var. Bu komandayla oynamağın özü bir fəxrdir. İndiyədək oyunlardan necə başımız uca çıxmışıqsa, çalışacağıq qrupdan da belə çıxaq.

- Rəqiblər barədə düşünmürsüz ki, bu dəfə bəxt biz tərəfdə idi?

- O da bəxt idi, bu da. Mən deməzdim ki, bizə zəif komandalar düşüb. Hər biri adlı sanlı və çətin klublardır. Rəqiblərə ciddi yanaşsaq, biz daha az səhv edərik.

- “Tvente” səddin keçmək ayrı, Avropa Liqasına düşmək ayrı – yoxsa sizing üçün ikisidə eyni sevinc idi?

- Biz hər oyuna ayrıca motivasiya oluruq. “Tvente”ylə oyundan da ancaq sərfəli nəticəylə çıxmaq istəyirdik. Şükür ki, buna nail olduq. Bu da bizə Avropa Liqasın gətirdi. “Tvente”ylə səfər oyununda meydandan qələbəyə bərabər üstünlüklə ayrılmaq, ayrıca bir sevinc idi. Qrupa düşmək də ayrıca bir sevinc. Necə deyərlər, bizim üçün qoşa bayram oldu.

- Qrup barədə fikirləriniz necədir?

- Biz oyunlara böyük motivasiyayla çıxacağıq, amma çox çətin qrup olduğun da etiraf etməliyik. Məncə qrupda olan digər üç komanda bizi ən zəif kimi qiymətləndirir. Bunun da belə olmadığın oyunlar zamanı biz onlara göstərəcəyik.

“İnter” bir neçə il əvvəl Çempionlar Liqasının qalibi olan İtaliya nəhəngidir. Və bu komanda məncə son iki ildəkindən daha güclüdür. “Sent Etyen” Fransada 10 dəfə çempion olan komandadır. “Dnepr”in isə ötən mövsüm Avroliqada və yerli çempionatındakı çıxışı göz önündə idi.

- Məncə rəqiblərin “Qarabağ”ı qiymətləndirməməsi xeyrimizə işləyən amildir…

- Əlbəttə, xeyrimizədir, amma bu da reallığı dəyişmir. Əslində, onların bizə yuxarıdan aşağı baxması bu komandaların daha güclü çempionatlarda oynaması reallığın dəyişdirmir.

- “İnter”in güclü olduğu aydın məsələdir. Sizin üçün “Sent Etyen” daha çətin rəqibdir, yoxsa “Dnepr”?

- Hər ikisi. Biz bu komandalarla var gücümüzü ortaya qoyub oynamalıyıq. Sizin də qeyd etdiyiniz kimi, “İnter”in qrupda öz yeri var. Biz ikinci yeri tutmaq üçün əlimizdən gələni etməliyik.

- “İnter”lə oyunun son tura qalması “Qarabağ”ın xeyrinədirmi?

- Son tura kimi biz biləcəyik ki, qrupdan çıxırıq, yoxsa qalırıq. Biz üçüncü turdan sonra biləcəyik ki, “İnter”lə oyun bizim üçün nə qədər önəmli olacaq.

- Rəhbərlik olaraq “Qarabağ”ın qarşısına şərt qoymusuz ki, komanda qrupda mütləq ikinci yeri tutmalıdı?

- Uzun illədir bu məqam müzakirə olunurdu ki, “Qarabağ” niyə çempion olmaq istəmir. Biz komandaya hər il çempion olmaq üçün sponsorluq edirik. Əgər Avropa Liqasına qalmışıqsa, burada qazana biləcəyimiz ən yüksək nəticəni əldə etməliyik. Biz bunu komandanın qarşısında şərt olaraq qoymamışıq. Amma baş məşqçi Qurban Qurbanov və futbolçular da yaxşı dərk edirlər ki, komndamız burada ən yaxşı nəticəni göstərməlidir.

- Sabah “Sent Etyen”lə oyun var...

- Bu oyunla bağlı əvvəlcə xoşagəlməz məqamlara toxunmaq istərdim. Biz müəyyən etdik ki, qara bazarda saxta biletlər satılır. Bu məqam yetərincə üzücüdür. Ən biabırçı məqam  isə odur ki, qara bazarda media biletləri pulla satılır. Demək ki, “Qarabağ”ı istəməyən qüvvələr var. Sabah media işçilərimiz stadiona gedəndə yerində başqasın görəcəklər və burada da narazıçılıq olacaq. Görünən odur ki, “Qarabağ”ın qara piarı üçün xeyli iş görülür. Biz bunları görürük. Şükürlər olsun, xalqımız da “Qarabağ”a sahib çıxır. Buna görə də, bizi yıxmaq mümkün olmayacaq. Bu oyun bizim üçün böyük həyacandır. Biz bir çox yerlərdən telefon zəngləri alırıq, bizə uğurlar arzulayırlar. Komanda işinə də Qurban müəllim cavabdehdir. Hazırlığın isə yüksək səviyyədə getdiyini deyə bilərəm. Mən əminəm ki, sabah Respublika stadionunda yaxşı atmosfer olacaq və biz də meydandan qələbəylə ayrılacağıq.

- Mövsümün əvvəlində Tahir Gözəl bildirmişdi ki, “gözləyin, biz gəlirik”. Bu sözlər daha əvvəl deyilmirdi. Bu sözlər deyildi və komanda çempion oldu. Sizcə təsadüf idi?

- Bu, komandaya, Qurban müəllimə, bizlərə olan inam idi. Biz həmişə demişik ki, inanmaq uğurun yarısıdır. Biz inanıb, üzrəimizə düşən işi yüksək səviyyədə yerinə yetirəndən sonra, nəticə özü gələcək. Tahir bəy də buna inanırdı.

- Abdulbari Gözəl bəy bir neçə dəfə deyib ki, “Heydər Əliyev məni çağırdı, “Qarabağ”ı götür, bütün dünyaya tanıd” dedi”. Sizcə  bu iş həll olundumu?

- Biz işimizi bitmiş saymırıq. Buna kimi gəldiyimiz yolda adımızı layiqincə daşımışıq. Nəticələr gəldikcə, məsuliyyət də artır. İndi futbolun olduğu hər yerdə “Qarabağ” adı var. Biz bundan sonra daha da qabağa getmək barədə düşünməliyik.

ÜMİD BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail