AZAL uğursuz seriyaya son qoydu

02.09.2014 | 2512 dəfə oxunub

AZAL 2014-cü ildə ilk qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqamızın IV turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Bununla da bakılıların 20 matçllıq qələbəsizliyi sona çatıb. AZAL sonuncu dəfə 2013-cü il dekabrın 20-də qalib gəlmişdi. 253 gündən sonra qalib gələn AZAL Premyer Liqanın 2013/14 mövsümünün XVIII turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi.

Bundan sonrakı 20 oyunda isə 8 heç-heçə edən bakılılar 12 dəfə uduzmuşdu. 10 illik tarixinin ən uzun qələbəsiz seriyasını qıran AZAL bunadək ən pis halda ardıcıl 10 matçda qalib gəlməmişdi. “Qəbələ” üzərində qələbə həm də Tərlan Əhmədovun AZAL-ın baş məşqçisi kimi ilk qələbəsi olub.

Qeyd edək ki, AZAL Azərbaycan çempionatları tarixində 20 və daha artıq oyunda qələbə qazana bilməyən 13-cü komandadır. Bu göstəricidə antirekord 1997-98-ci illərdə ardıcıl 33 matçda qalib gəlməyən “Şəfa”ya məxsusdur.

pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail