Futbol üzrə rayon birinciliyi keçirilib

01.09.2014 | 3591 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə 05-29 avqust 2014-cü il tarixlərdə “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyi keçirilib.

Stadium.Az xəbər verir ki, Qarabağlı və Qızılağac kənd stadionlarında keçirilən birincilik hər iki zona üzrə 16 komanda 4 qrupda mübarizə aparıblar. Qarabağlı zonası üzrə A qrupunda Xıdırlı, Yolüstü, Yenikənd, Kürsəngi , B qrupunda Qarabağlı, Xalac, Qaraçala, Parçaxalac komandaları, Qızılağac zonası üzrə isə C qrupunda Noxudlu, Marışlı, Sarvan, Çuxanlı, D qrupunda Qaraqaşlı, Arbatan, Şorsulu və Qızılağac komandaları mübarizə apardılar. Qarabağlı zonası üzrə Xıdırlı komandası, Qızılağac zonası üzrə isə Şorsulu komandası zonanın qalibi olublar.

Yarışın keçirilməsində məqsəd rayonda futbolun kütləviliyinə nail olmaq, “2005-2015-ci illər futbolun inkişafı” Dövlət proqramının icrasını təmin etmək, rayon birinciliyinin qalibini müəyyən etmək və perspektivli idmançıları aşkar etmək olub.

Yekun nəticələrin finalı 29 avqust 2014-cü il tarixdə saat 18-00 da Salyan Olimpiya İdman Kompleksində keçirilib. Xıdırlı kənd komandası Şorsulu komandasını 4-0 məğlub edərək rayon çempionatının qalibi olub. Hər iki komanda Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom, kubok və hədiyyələrlə təltif olunublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail