Qurban Qurbanov: "Bu, "Tvente"yə qarşı hörmətsizlik olar"

20.08.2014 | 6047 dəfə oxunub

Sabah Avropa Liqasının “play off” mərhələsinin ilk oyununda “Qarabağ” Hollandiyanın “Tvente” klubu qəbul edəcək. Stadium.az xəbər verir ki, bu gün oyunqabağı mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualların cavablandırıb:

- Çox vacib oyuna hazırlaşırıq. “Tvente” bizə köhnə tanış komandadır. Bunlarla daha əvvəl oynayıb uduzmuşuq. İndi o heyətlə müqayisədə komandada çox dəyişiklik var. Hər birimiz üçün çox vacib oyundur. Əlimizə düşən hər imkandan yararlanmalıyıq.

-  Sağ cinahda hansı oyunçunu oynadacaqsız?

- Sabaha kimi vaxtımız var. Bu barədə bir qərar verməmişik.

- Futbolçularla danışımısız ki, daha qırmızı vərəqələr olmasın?

- Danışıqlarımız olub. Özləridə bunu yaxşı başa düşüb. Belə oyunlarda belə hallar olmamalıdır. Konsentrasiyanı itirdilər və belə halla rastlaşdılar. Bu oyunda daha ciddi olacaqlar.

- Mətbuat deyir ki, “Qarabağ” daha güclü, “Tvente” isə daha zəifdir. Bununla nə qədər razısız?

- Bu fikirlər nə bizi, nə də sizi aldatmalı deyil. Hollandiya çümpionatı hamımıza bəllidir. Həmişə medallar uğrunda çıxış edirlər. O vaxt bunların bütün futbolçuların ayrı-ayrılıqda tanıyırdıq. İndi isə elə deyil və başqa sistemdə oynayırlar. Bu da bizim üçün pis ola bilər. Sadəcə düşünürəm ki, bizim təcrübəmiz əvvəlkindən daha çoxdur.

- Sizin komanda indi daha kompakt görünür...

- Səhv etmirəmsə, o zaman cəmi bir legionerimiz vardı. Admir Teli. Qalan oyunçularımızın hamısı gənc futbolçular idi. İndi isə daha təcrübəli heyətimiz var.

- “Qarabağ” “Zalsburq”la oyuna çox aqressiv başladı və bu da komandaya həm yaxşı, həm də pis təsir etdi. Bəs sabah necə olacaq?

- Bu komanda topla daha yaxşı oynamağa üstünlük verir. Aqressiv futbol bizə baha başa gələ bilər. Çalışacağıq həm aqressiv, həm də ehtiyatlı oyun göstərək.

- Sizin idman direktorunuz hollandiyalıdır. “Tvente”ni araşdırarkən ondan istifadə etdizmi?

- Mən bunu düzgün hesab etmirəm. Buna görə də, bunu düzgün hesab etmirəm. Bu, yaxşı çıxmaz.

- “Tvente”nin zəif cəhəti hansıdır və ya sizin komanda rəqibdən nədən üstündür?

- Bunu deməyim düzgün çıxmaz. Həm də rəqibə hörmətsizlik kimi çıxar. Yəqin onlarda bizi araşdırırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail