Özbəkistan millisinin baş məşqçisi: "Sizin komandanın öz planı, bizim öz planımız var"

19.08.2014 | 3159 dəfə oxunub

Sabah Bakıda Azərbaycan millisinin qonağı olacaq Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az bu müsahibəni təqdim edir:

- Hazırlıq baxımından bu həm bizim, həm də Azərbaycan yığması üçün çox faydalı oyundur. Komandanız "AÇ-2016"nın seçmə mərhələsinə hazırlaşır, bizi isə Asiya oyunları gözləyir. Ehtiyat qüvvəni sınamaq baxımından yoldaşlıq görüşləri bizə çox şey verəcək.

- Azərbaycan millisinin heyətində "Qarabağ" və "Neftçi"nin futbolçuları olmayacaq. Bunu sizin üçün üstünlük hesab etmək olar?

- Sizin komandanın öz planı, bizim öz planımız var. Bilirəm ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Tvente", "Neftçi" isə "Partizan"la qarşılaşacaq.

- Azərbaycan millisinin "Avro-2016"nın seçmə mərhələsində yer aldığı H qrupu haqda nə deyərdiniz?

- Düzünü desəm, Azərbaycan millisinə bu qrupda çətin olacaq. Orada çox güclü komandalar toplanıb.

- Azərbaycanlı futbolçulardan kimisə tanıyırsınız?

- Bəli, mən Nazim Süleymanov və Arif Əsədovla birgə oynamışam. Nazim möhtəşəm idi. Azərbaycanlılar hər zaman fərqləniblər. Yığmanızı Asiya qitəsinin hansısa millisi ilə müqayisə etmək çətindir.

- Bəs indiki futbolçulardan kimləri fərqləndirərdiniz?

- ABŞ-la yoldaşlıq görüşündə (0:2) Mahir Şükürov və Vaqif Cavadovun oyunu xoşuma gəldi.

- Sabahkı oyunda nəticə sizin üçün önəmlidir?

- Nəticə hər zaman önəmlidir.

- Azərbaycanla oyunda əsas, yoxsa ehtiyat heyət futbolçularına şans verəcəksiniz?

- Bakıya 20 futbolçu gətirmişik. Hamısı hazırdır. Əsas heyətimiz artıq bəllidir. Bütün futbolçulara şans vermək istəyirəm. Bizim hələ İordaniya və Yeni Zellandiya ilə oyunlarımız var.

- Bahadır Nəsimov niyə Bakıya gətirilməyib?

- Biz Asiya oyunlarına hazırlaşırıq. Nəsimovun oyun təcrübəsi yoxdur. O, həmçinin klubsuzdur. Bahadır hazırda bizimlə olmasa da, millinin futbolçusudur.

- Azərbaycan millisi Asiya çempionatında çıxış etsəydi, hansı nəticəni qazanardı?

- Yaxşı təsir bağışlayardı. Prinsipcə, baxdığım oyunlara görə, bu komanda yüksək yerlər uğrunda mübarizə apara bilər. Sentyabr ayında seçmə mərhələsinin oyunları başlayır. Komandanıza uğurlar arzulayıram. Ümid edirəm ki, komandanız final mərhələsinə vəsiqə qazana biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail