"Qəbələ" rəsmisi biabırçılıqlarıyla bağlı üzr istədi

19.08.2014 | 4343 dəfə oxunub

Premyer Liqanın II turu Qəbələdə babırçılıqla yadda qaldı. Stadium.az xəbər verir ki, öz meydanında “Araz Naxçıvan”ı qəbul edən "Qəbələ" klububunun rəsmiləri oyundan qabaq şəhərdə bununla bağlı afişalar asıblar. Biabırçılıq isə ondadır ki, bu afişalarda "Qəbələ" Azərbaycan, "Araz Naxçıvan" isə sanki bu ölkə təmsilçisi deyilmiş kimi nümayiş etdirilib. Daha sonra isə klubların aşağısında göstərilən Azərbaycan və Naxçıvan sözləri silinməyə başlayıb.

"Qəbələ" klubunun Media və Marketinq Şöbəsinin rəhbəri Səməd Nəsibov isə bununla bağlı açıqlamasında səhvlərini etitaf edib və üzr istəyib: "Oyunun anonsundakı səhv qəsd deyil, diqqətsizlikdi. Başa düşürəm, xoş hal və görüntü deyil. Vəziyyətə açıqlıq gətirmək istəyirəm. Deməli, biz artıq 4 ildi afişa ve biletlərimizi eyni şirkət və dizaynerə hazırladırıq. Heç vaxt problem yaşamamışıq. Əslində hər iki komandanın adının altında müvafiq olaraq, Qəbələ və Naxçıvan yazılmalıydı.

 Ancaq bizim son Avroliqa oyunumuzdan qalan eskizin üzərində hazırlanan afişada Azərbaycan sözü Qəbələ ilə əvəz edilmədən çap edilib. Daha sonra afişada Naxçıvan və Azərbaycan sözleri stikerlə bağlanıb. Bu gün AZAL və ya «İnter» ilə də oynaya bilərdik. Başda «Araz Naxçıvan" rəsmiləri və həmkarlarım olmaq üzərə, hamıdan üzr istəyirəm". 






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail