UEFA Azərbaycan klublarını səhv saldı

17.04.2014 | 3705 dəfə oxunub

Aprelin 24-də Bakıda UEFA Futzal Kubokunun final mərhələsi keçiriləcək. Artıq dünya idman mətbuatı bu yarışı geniş işıqlandırır. UEFA-nın rəsmi saytı da turnirlə bağlı məlumatlar dərc edir. Ancaq ali futbol qurumunun rəsmi saytında Azərbaycan təmsilçisi Naxçıvanın “Araz” komandası ilə bağlı yanlışlığa yol verilib. Stadium.az xəbər verir ki, UEFA-nın rəsmi saytında “Araz”ın emblemi səhv göstərilib. Saytda İmişlinin “MKT-Araz” komandasının emblemi yerləşdirilib. Təbii ki, Avropanın elit komandaları sırasında yer alan təmsilçimizin embleminin səhv salınması üzücü məqamdı. Ancaq buna görə təkcə UEFA-nı günahlandırmaq olmaz. “Araz” Avropanın elit komandaları arasında olsa da, klubun idaretmə sistemində peşəkarlıq hiss olunmur. Təsəvvür edin ki, Avropanın 4 ən güclü klubu arasında olan “Araz”ın rəsmi saytı yoxdu. Deyəsən heç emlemi də... Belə olan təqdirdə UEFA-nın  Naxçıvan “Araz”ını İmişlinin “MKT-Araz”ı ilə səhv salması da başadüşüləndi. İnternet qaynaqlarını ələk-vələk etsək də, “Araz”ın emblemini tapa bilmədik.



  #1   Adınız: Zəfər;   E-mail: [email protected]

17.04.2014 19:11

"Araz"ın logosu. http://upload.wikimedia.org/wikipedia/en/2/2e/Araz_Naxçivan.png

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail